Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfəri öncəsi Yunanıstan mətbuatına açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yunan jurnalist Ərdoğana tez-tez təkrar etdiyi “Bir gece ansızın gelebiliriz” sözlərini soruşub.
Ərdoğan Yunanıstanı heç vaxt düşmən görmədiklərini bildirib və tez-tez təkrar etdiyi bu sözlərdən yalnız bizi təhdid edənlər çəkinməlidir deyib:
" Bu sözdən yalnız bizi təhdid edənlər çəkinməlidir. Ölkəmizin təhlükəsizliyini təhdid edən terror ünsürlərinə qarşı "bir gecə qəfil gələcəyik" dedik və lazım olanı etdik. Biz eyni coğrafiyanı, eyni dənizi paylaşırıq. Eyni havadan nəfəs alırıq. Keçmişimizə görə bir-birinə bağlıyıq. Aramızda hələ həll edə bilmədiyimiz bir çox məsələlər var, iki ölkə olaraq bunun fərqindəyik. Lakin bu problemlərin hökumətlərimiz və xalqlarımız arasında gərginlik yaradıb fikir ayrılığına səbəb olub-olmamasına imkan verib-verməmək öz əlimizdədir. Bu mənada əlaqələrimizdə “Yeni bir səhifədən”, "Qazan-qazan" prinsipindən bəhs etdim. "Qazan-qazan" anlayışı artıq Türkiyənin beynəlxalq münasibətlərə və diplomatiyaya yanaşmasının təməlində dayanır".
Əfsanə
Manşet.az