Var-dövləti müsadirə olunan fenomen Amerikada 10 evi necə aldığını etiraf etdi

14:05 - 06 Dekabr 2023

Var-dövləti müsadirə olunan fenomen Amerikada 10 evi necə aldığını etiraf etdi

Engin və Dilan Polatın həbsindən sonra haqqında istintaq başladılan və var-dövləti müsadirə edilən fenomenlər arasında olan Eylül Öztürk Amerikadakı 10 evini necə aldığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qənaətcil bir qadın olduğunu və illərlə qənaət edərək ev aldığını deyən Öztürk "Haqqımı yeyənlərə haqqlmı halal etməyəcəm” deyib. 

"Evlərin hər biri 125 min dollardır. Türkiyədə ancaq 125 min dollara maşın ala bilərsiniz. Hamısını satsam, yalnız bir böyük ev ala bilərəm. İnsanlar elə bilir ki, 10 malikanəm var.. İllərlə yemədim, içmədim, pul yığdım. Mən qənaətcil qadınam. Kaş ki, hamısını yığıb bir böyük ev alsaydım. Onda bu qədər danışılmazdı. 10 deyincə adamlar elə bilirlər nəsə var. Amerikada 100 min dollara ev almaq olar. İstanbulda bu mümkün deyil. Təəssüf ki, bunu anlamırlar. Bir sözlə, mən həmişə son dərəcə qənaətcil, pul qazanmağın nə qədər çətin olduğunu bilən, övladlarımın gələcəyi üçün pul yığmaq üçün gecə-gündüz çalışan qadın olmuşam. Heç vaxt brendlərə və ya başqa şeylərə aludə olmamışam. Başqalarının geyindiyi çanta mənim üçün tək evin bahası ola bilər. Heç vaxt belə bir zövq və ehtiyacım olmayıb. Siz illərdir işləyib ev ala bilməmiş ola bilərsiniz, amma bu sistemə üsyan etdiyim üçün məni pis elan etmədinizmı? Qarşıdan Ramazan gəlir, hamınız oruc tutacaqsınız, amma siz mənim haqqımı tapdalayırsız və mən sizə haqqımı halal etmirəm. Ona görə də gün gələndə heç kim məndən halallıq istəməsin”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az