Bu ilin əvvəlindən İranda edamların sayı 700-ü ötüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın beş həmkarlar ittifaqı birgə bəyanat yayaraq, İranda repressiyaların genişlənməsi və edam sayının artması ilə bağlı narahatlıqlarının ifadə ediblər.
Avropa İttifaqı son bəyanatında ölkədə edamların sayının kəskin artmasını dəhşətli adlandırmışdı.
Məlumat görə, Fransanın Demokratik Əmək Konfederasiyası, Ümumi Əmək Konfederasiyası, Birləşmiş Həmkarlar İttifaqı Federasiyası, Birləşmiş Həmkarlar İttifaqları Assosiasiyası və Milli Həmkarlar İttifaqı bildirib ki, İran hökuməti digər ölkələrin Qəzza məsələsinə diqqət yetirməsindən sui-istifadə edərək, xalqın qəzəbini ört-basdır etməyə çalışır.
Əfsanə
Manşet.az