Kim Çen In qadınlara yalvardı: “Daha çox uşaq dünyaya gətirin”

15:58 - 06 Dekabr 2023

Kim Çen In qadınlara yalvardı: “Daha çox uşaq dünyaya gətirin”

Şimali Koreya lideri Kim Çen In qadınlara səslənərək ölkədəki doğum nisbətlərinin aşağı düşməsini qarşılamaq üçün onlara daha çox uşaq sahibi olmalarını xahiş edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dövlət televiziyasında yayımlanan görüntülərdə Kim Çen In Milli Analar Yığıncağının açılışındakı çıxışı zamanı duyğulanaraq göz yaşlarını sildiyi anlar gündəmə gəlib.

Şimali Koreya lideri doğum nisbətinin azalmasını dayandırmağın qadınların vəzifəsi olduğunu bəyan edib və qadınları hərəkətə keçməyə çağırıb.

Əlindəki salfetlə göz yaşlarını silən Kim çıxışında "Doğum nisbətlərinin azalmasının dayandırılması, yaxşı uşaq baxımı və təhsili, analarımızla birlikdə həll etməli olduğumuz ailə problemlərimizdir" deyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az