Dünyaca məşhur Pink Floyd rok qrupunun yaradıcılarından olan Rocer Uoters İsrailin Qəzzaya hücumlarını sərt sözlərlə tənqid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uoters İsrailin zərərçəkmiş tərəf kimi göstərildiyini bildirib.
Pink Floydun qurucusu Təl-Əvivi açıq dəstəkləyən Vaşinqtona da reaksiya verib. O, dünyanın ən güclü imperiyası (ABŞ) tərəfindən alqışlanması inanılmayacaq qədər iyrənc olduğunu vurğulayıb.
Uoters qurbanın İsrail olduğu təəssüratı yaratmağa yönəlmiş səylərə işarə edib; Qərb ölkələrinin hələ də israilliləri necə qurban kimi göstərməyə çalışdığını anlamıram.
Əfsanə
Manşet.az