“İsrail hakimiyyətinin Qəzzada dinc əhaliyə qarşı vəhşicəsinə hücumlarını davam etdirərkən, işğal olunmuş Fələstin ərazisində qanunsuz məskunlaşmaları genişləndirməsini qətiyyətlə pisləyirik."
Manset.az xəbər verir ki, Türkiyə XİN aşıqlama verib.
Açıqlamada bildirilir ki, İsrailin Şərqi Qüdsdə 186 hektar ərazidə təxminən 1800 yaşayış binası tikmək planını təsdiqləməsi tamamilə qəbuledilməzdir.
Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələrinin və məskunlaşanların fələstinlilərə qarşı həyata keçirdiyi terror və zorakılıq İsrailin Fələstin xalqını və dövlətini qorxutmaq və gözdən salmaq strategiyasının konkret göstəriciləridir.
“İsrailin ekspansionist zehniyyəti daimi sülhün əsasını ciddi şəkildə zədələyir və beynəlxalq hüququn yeni pozuntularını əlavə edir”.
Jalə
Manşet.az