Avtomobildən 38 min manatlıq qızıl oğurlandı

10:57 - 07 Dekabr 2023

Avtomobildən 38 min manatlıq qızıl oğurlandı

Bakıda avtomobildən xeyli miqdarda qızıl oğurlanıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv