İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfərə yola düşüb.
Manset.az xəbər verir ki, Rəisi yola düşməzdən əvvəl mediaya açıqlama verib.
“Səfərin məqsədi bir sıra mövzuları, o cümlədən ikitərəfli münasibətləri, Qəzzada davam edən böhran kimi regional problemləri və beynəlxalq məsələləri müzakirə etməkdir” - İran Prezidenti deyib.