ABŞ-ın Las Veqasdakı Nevada Universitetinin şəhərciyinə silahlı hücum nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nevada polisi X sosial media platformasında hadisə barədə açıqlama verib.
Bildirilib ki, hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində həmin şəxs həyatını itirdiyi bildirilib.
Hadisədən sonra dərslər dayandırılıb.
Əfsanə
Manşet.az