BMT Bakı - İrəvan bəyanatını alqışlayır

00:26 - 09 Dekabr 2023

BMT Bakı - İrəvan bəyanatını alqışlayır

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır.

 

Manset.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarik Report-a açıqlamasında deyib.

Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər:

"BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az