Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsrail hakimiyyətinin Qəzza zolağında hərbi əməliyyatları zamanı fələstinli mülki vətəndaşları qorumaq üçün daha çox şey edə biləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kirbi bu barədə brifinqdəki çıxışında deyib.
O, Fələstin anklavında adi vətəndaşların təhlükəsizlik vəziyyətindən danışaraq deyib:
“Biz hamımız başa düşürük ki, mülki itkilərin sayını azaltmağa çalışmaq üçün daha çox iş görmək olar. Biz bu istiqamətdə israilli həmkarlarımızla işləməyə davam edəcəyik".
Əfsanə
Manşet.az