“Faruk Koca “səni öldürəcəm” dedi, şikayətçiyəm, uzlaşmaq istəmirəm” - Meler

15:46 - 12 Dekabr 2023

“Faruk Koca “səni öldürəcəm” dedi, şikayətçiyəm, uzlaşmaq istəmirəm” - Meler

Dünən axşam Super Liqada oynanılan matçdan sonra Ankaragücü klubunun prezidenti Faruk Koca və bəzi şəxslərin hücumuna məruz qalan hakim Halil Umut Meler şikayətçi olaraq polisə ifadə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Melerin ifadəsi müalicə aldığı Acıbadem Ankara Xəstəxanasında alınıb.   

Meler verdiyi açıqlamada güzəştə getməyəcəyini bildirib.  

Meler, “Faruk Koca bütün hakim dostlarıma və mənə “Sizi bitirəcəm” dedi. Mənə isə xitab edərək, “Səni öldürəcəm' dedi. Koca və digər şəxslərdən şikayətçiyəm. Güzəşt etmək istəmirəm" deyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az