Türkiyədə Gökay Kalaycıoğlunun təqdimatında Haberler.com-un YouTube kanalında yayımlanan “Haber Bahane” proqramının bu həftəki qonağı məşhur aktyor Ege Aydan olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ege Aydan opera müğənnisi olan bibisi Ayhan Aydanın keçmiş baş nazir Adnan Mendereslə münasibətindən danışıb.
Ailə daxilində bibisinin münasibəti ilə bağlı danışmağın, sual vermənin qadağan olduğunu deyən aktyor “Bibimin evində bir qapı saraya açılmışdı və Adnan Mendereslə orada eşq macərası yaşayırdılar” deyib.
Bibisi Ayhan Aydanla Adnan Menderesin sevgisindən danışan Ege Aydan açıqlamasında, "Evdəki piano Adnan Menderesin bibimə hədiyyəsi idi. Anam dərs verdiyi üçün piano ona keçdi. Mən anamın yanına getdikcə çaldığım üçün piano indi mənim evimdedir. Miras olaraq qaldı. Balaca vaxtı bibimin evinə gedəndə bir-birinə bağlı 3 mənzil var idi. Küçəyə baxan tərəfdə bibimin şəxsi həyatını yaşayıb bizimlə görüşdüyü bir mənzil idi. Hərdən mən bir qapıdan o biri mənzilə keçərdim, ora saray kimi idi. Ordan çox təsirlənirdim. O evdə bibim Adnan Mendereslə görüşürdü. Çünki evli deyildilər. Ona görə də belə bir həyat tərzi qurmuşdu. Mən bibimi Adnan Mendereslə heç yan-yana görməmişdim, amma onların şəkli vardı. Həmişə bu adamın kim olduğunu düşünürdüm. Bunları danışmaq və sual vermək qadağan idi. Bibim öləndə mənim 40 yaşım var idi və Adnan Menderes ilə münasibətini heç vaxt danışmadıq” ifadələrinə yer verib.
Aktyor bibisinin Adnan Menderesdən sonra özünü təkliyə məhkum etdiyini bildirib:
"Ailəmi “Yassı Ada”ya aparıb sorğu-sual etdilər. Bibim nə yaşamışdısa, özünü elə bağlamışdı ki… Özünü təcrid etmişdi və uzun müddət yalnız yaşadı. Yanında çox sevdiyi iki opera müğənnisi ilə birlikdə yaşayırdı. Bibimin illər sonra başqa bir münasibəti oldu və biz onu yeznə bildik. Münasibəti olduqdan sonra o məsələləri heç danışmadıq. Bibimdən başqa atam və anam da Adnan Mendereslə bağlı dindirilmişdi. Ailəm nə ilə bağlı çağırıldıqlarını bizə demədi… Atamın bir tapançası vardı. Onu götürmüşdülər”.
Əfsanə
Manşet.az