"Meta"nın süni intellektlə fotoşəkillər yaradan saytı işə başladı

07:18 - 13 Dekabr 2023

\"Meta\"nın süni intellektlə fotoşəkillər yaradan saytı işə başladı

"Meta", sosial media platformalarında istifadə edilən süni intellektlə fotoşəkillər istehsal etmə xüsusiyyətini internet saytı olaraq istifadəyə verdiyini açıqlayıb.

 

Manset.az Publika.az-a istinadən  xəbər verir ki, "Meta"nın internet saytından edilən açıqlamada şirkətin sosial media platformalarının mesajlar bölməsində süni intellektlə fotoşəkillər çıxarma xüsusiyyətini “Meta ilə Təsəvvür Et” adı ilə ABŞ-də internet saytı olaraq istifadəyə verdiyi bildirilib. Açıqlamada, sosial media platformalarındakı mesajlarda istifadə edilə bilən bu xüsusiyyətə "imagine.meta.com" ünvanından daxil oluna biləcəyi və süni intellektlə hazırlanan fotolarla bağlı "təhlükəsizlik" addımlarının atıldığı qeyd olunub.

"Imagine with Meta"da istehsal edilən fotoşəkillərə "görünməz möhür" əlavə edilərək fotoşəkillərin "izlənməsinin" planlaşdırıldığı və bu damğanın "uyğun modellər"lə təsbit edilə bildiyi deyilib. Süni intellektlə istehsal edilən fotoşəkillərə əlavə edilən möhürün fotonun kəsilməsi və rənginin dəyişdirilməsi kimi əməliyyatlara "davamlı" olacağı qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az