Hökumət qərarı dəyişdi – Sərhəd açılır

08:00 - 13 Dekabr 2023

Hökumət qərarı dəyişdi – Sərhəd açılır

Finlandiya hökuməti bu həftə Rusiya ilə sərhəddə böyük keçid məntəqələrini açmağı planlaşdırır.

 

Manset.az  Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "İlta-Sanomat" nəşri rəsmi mənbələrə istinadla məlumat yayıb.

"Hökumət Finlandiyanın cənub-şərqində, Valima, Nuyama və İmatrada nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı qərar qəbul etmək niyyətindədir", - məlumatda deyilir.

Rəsmi Helsinkinin qərarı tezliklə elan edəcəyi bildirilir.

Noyabrın 30-da Finlandiya hökuməti Suriya, Hindistan, Mərakeş və digər ölkələrdən olan qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az