Şotlandiyada asqırmasını saxlamağa çalışan şəxsin boğazında partlayış baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, boynunun hər iki tərəfi şişmiş və hərəkət etməkdə çətinlik çəkən şəxs xəstəxanaya müraciət edərkən həyatının şokunu yaşayıb.
Xəstəxanada çəkilən rentgendə boynunun hər iki tərəfində yırtıq olduğu üzə çıxıb. Rentgendə kişinin boğazının partladığı və boyun sümükləri arasında yırtığın olduğu, ağciyərləri arasındakı boşluğa havanın yığıldığı müəyyən edilib. Əməliyyat olunmayan kişiyə ağrıkəsici dərman verilərək evə buraxılıb.
Həkimlər asqırmanın tənəffüs yollarında təzyiqin artmasına səbəb olduğunu bildirərək, onu içəridə saxlamağın təzyiqdən 20 dəfə çox artmasına səbəb olacağı barədə xəbərdarlıq ediblər.


Əfsanə
Manşet.az