İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya hücumları zamanı verdiyi hərbi itkiləri gizlətdiyi iddiaları davam etməkdədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haaretz qəzeti oktyabrın 7-dən bu yana yaralanan İsrail əsgərlərinin real sayının İsrail ordusunun açıqladığı rəqəmlərin demək olar ki, üç qatı olduğunu yazıb.
İsrailin Haaretz qəzeti, yaralı əsgərlərin müalicə olunduğu xəstəxana məlumatlarına əsaslanaraq xəbərlərində ordunun verdiyi məlumatlar ilə xəstəxanalardan gələn məlumatlar arasında "əhəmiyyətli və izaholunmaz boşluq" olduğunu bildirib.
Xəbərdə oktyabrın 7-dən bu yana təkcə Bərzilai xəstəxanasında 1949 yaralı əsgərin müalicə aldığı bildirilib. Qeyd edilib ki, İsrail əsgərlərindən 178-i Aşdoddakı Assuta xəstəxanasında, 148-i Təl-Əvivdəki İçilov xəstəxanasında, 181-i Hayfadakı Rambam xəstəxanasında, 209-u Qüdsdəki Hadassah xəstəxanasında, 139-u isə Şaarei Tzedek xəstəxanasında müalicə olunub.
Bundan əlavə, Haaretz toqquşmalarda yaralanan ən azı 1000 əsgərin Beersheba Soroka Tibb Mərkəzində müalicə aldığını, ən azı 650 əsgərin isə Tel Hashomerdəki xəstəxanalara aparıldığını yazıb.
İsrail ordusu dekabrın 10-da ölkə mediasında yaralanan əsgərlərin sayı ilə bağlı xəbərlərdən sonra açıqlama verməli olub və oktyabrın 7-dən bu yana 97-nin Qəzzaya qurudan hücumlar zamanı olmaqla, 425 əsgərin öldüyünü, 1593 əsgərin yaralandığını açıqlayıb.
Əfsanə
Manşet.az