İsrailin ən böyük dəstəkçisi ABŞ-la fikirləri toqquşdu: "İsrailin Oslo səhvini təkrarlamasına icazə verməyəcəyəm"

11:57 - 13 Dekabr 2023

İsrailin ən böyük dəstəkçisi ABŞ-la fikirləri toqquşdu: \"İsrailin Oslo səhvini təkrarlamasına icazə verməyəcəyəm\"

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Bayden Qəzzanın işğalı ilə bağlı fikir ayrılığına düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu Qəzzada daimi işğal fikrini müdafiə edib və Bayden buna qarşı çıxıb.

Netanyahu çıxışında Qəzzada işğal əməliyyatları başa çatdıqdan sonra bölgənin hansı statusa sahib olacağı məsələsinə toxunub və bu mövzuda ABŞ rəhbərliyi ilə fikir ayrılıqlarının olduğunu bildirib. İsrailin 1993 və 1995-ci illərdə Qəzzanın işğalına son qoyan Oslo razılaşmalarına toxunan Netanyahu, bəyan edib ki, İsrail Oslo səhvini təkrar etməyəcək:

"Mövqeyimi açıq şəkildə bildirmək istərdim. İsrailin Oslo səhvini təkrarlamasına icazə verməyəcəyəm. Ümid edirəm ki, bu məsələdə razılığa gələcəyik”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az