Adana gələn il dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan TEKNOFEST-ə ev sahibliyi edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka gedən prezident Rəcəb Tayyib Ərdoğan “Türkevi”ndə iş adamı İlon Maskı TEKNOFEST-ə dəvət etmişdi.
Mask TEKNOFEST dəvətinə “Gələn il şəxsən iştirak etməyi və Türkiyədəki digər investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm” deyərək cavab vermişdi.

Əfsanə
Manşet.az