Qəzza zolağında İsrail ordusunun daha 2 hərbçisi həlak olub.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Ölən hərbçilər arasında 44 yaşlı polkovnik İshaq Ben-Basat da var.
O, “Qolani” briqadasının baş qərargah rəisi vəzifəsində çalışıb. Ölən digər hərbçi isə həmin briqadanın 19 yaşlı çavuşu Oren Aloni olub.
