Hazırda həbsdə olan Polat ailəsinin mal-mülkü satışa çıxarılır.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ailəyə məxsus 29 lüks avtomobil, evlər və torpaq sahələrinin 5 il sonra dəyərinin aşağı düşəcəyi ehtimal edilərək, indidən satışa təqdim edilməsi təklif edilib.
Satışdan gələn pullar bir-bir qeydə alınacaq. Bundan sonra Polat ailəsoinin borcu ödənildikcə onların cəzasına dəyişikliklər ediləcək.
Xatırladaq ki, noyabrın 1-də mərkəzi İstanbul olan 6 vilayətdə keçirilən əməliyyatda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 17 şübhəli saxlanılıb. Onlar çirkli pulların yuyulması iddiası ilə mühakimə olunurlar.