İsrail ordusunun saytını ələ keçirən hakerlər şokedici mesaj paylaşdılar

11:02 - 14 Dekabr 2023

İsrail ordusunun saytını ələ keçirən hakerlər şokedici mesaj paylaşdılar

İordaniyalı hakerlər İsrail ordusunun rəsmi saytının ingiliscə səhifəsini ələ keçirərək Qəzzaya dəstək mesajı paylaşıblar. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mesajda "Sizin Qəzzada zülmünüz ölüm və müharibədən başqa bir şey gətirməyəcək. Torpaqlarımızın azad edilməsindən başqa heç nə qəbul etməyəcəyik" deyilib.

İsrail ordusunun internet saytının sındırılması ilə bağlı mesajda “Bu, Qəzzada günahsız insanlarımızı öldürmənizə, çirkin barbarlıq və kirli hərəkətlərinizə cavabdır” ifadələri yer alıb.

Hakerlərin kiberhücumundan sonra İsrail ordusunun saytına daxil olmaq mümkün olmayıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az