Harper's Bazaar tərəfindən hər il təşkil edilən “Women of the Year Awards” (İlin Qadınları Mükafatları) mərasimi ilk dəfə İstanbulda keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mərasimdə “Ömür boyu İkonu” mükafatına layiq görülən Ajda Pekkan mükafat nitqində Qəzzada müharibənin bitməsini diləyib.
Ajda Pekkan, "Qəlbimin və qəlbinizin Qəzza üçün döyündüyünü bilirəm və Qəzzada müharibənin bitməsini arzulayıram" deyib.
Mükafatı Ajda Pekkana Kənan İmirzalıoğlu təqdim edib.
Əfsanə
Manşet.az