Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Rusiya istehsalı olan silahların o qədər də keyfiyyətli olmadığını dilə gətirib.
Manset.az “news.am”a istinadən xəbər verir ki, o bunu jurnalistlərin Rusiyanın Azərbaycana silah satmaqda davam etməsi ilə bağlı suallara cavab verərkən belə deyib.
"Silah bazarı elədir ki, pulunuz varsa və onu silah almağa sərf etmək istəsən tapa biləcəksən. Fərq etməz, rus silahı olmasın, başqası olsun. Müharibə zamanı Azərbaycan Rusiya istehsalı olmayan silahlardan olduqca uğurla istifadə etdi. Yüksək dəqiqlikli hədəfə dəyən raketlər Rusiyanın deyildi”, - Robert Köçəryan qeyd edib.
O əlavə edib ki, Rusiyanın Azərbaycana silah satması fəlakət deyil: "Bu daha çox Ermənistan üçün mənəvi bir məsələdir".