Zelenski Almaniyaya getdi

21:24 - 14 Dekabr 2023

Zelenski Almaniyaya getdi

Ukrayna prezidenti Volodimir Zelenski elan olunmamış səfərlə Frankfurta gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə "Bild" nəşri yerli polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bir sıra yollar bağlanıb. 

Zelenski Amerikanın Ukraynaya hərbi yardım üçün qərargahının yerləşdiyi Visbadenə gedəcək.

Qeyd edək ki, dekabrın 13-də Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün Osloya gəlib. Ukrayna prezidenti Norveç, Danimarka, İslandiya, Finlandiya və İsveç baş nazirləri, həmçinin Norveç kralı V Harald ilə görüşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az