Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəldi

07:21 - 15 Dekabr 2023

Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəldi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı təklif olunan 12-ci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəlib.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir. 

Məlumata görə, Brüsseldə Aİ-yə üzv ölkələrin səfirləri sanksiyalar paketini müzakirə edib və ilkin razılığa gəliblər. 

Sammitin yekun bəyannaməsinin Rusiyaya qarşı sanksiyalarla bağlı 1 hissəsi jurnalistlərlə paylaşılıb.

Bəyanatda bildirilir ki, Aİ Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək və onları tam və effektiv şəkildə həyata keçirməkdə qərarlıdır.

"Aİ Şurası 12-ci sanksiya paketinin qəbulunu alqışlayır" deyən bəyanatda heç bir ölkənin müharibədə Rusiyaya dəstək verməməli olduğu vurğulanıb.

Qeyd edilib ki, 12-ci sanksiya paketinə almaz da daxil olmaqla yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftin tavan qiymətinin sərtləşdirilməsi tədbirləri və sanksiyalardan yayınma ilə mübarizənin gücləndirilməsi daxildir.

Hələlik tam təfərrüatları açıqlanmayan yeni sanksiyalara yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almaz idxalına qadağa da daxildir.

Sanksiyalar Rusiya neftinin tavan qiymətinin pozulmasının qarşısını almaq üçün xidmət göstərən şirkətlərə əlavə öhdəliklər qoyur və Rusiyanın hər iki neft üçün istifadə oluna bilən məhsulları idxal etməsinin qarşısını almaq üçün Aİ şirkətlərinə təkrar ixrac qadağasını ehtiva edən müqavilələr tələb edir. 

Yeni sanksiyaların qüvvəyə minməsi üçün üzv dövlətlərin razılığı tələb olunurdu.

Raiffeisen Bank-ın Ukraynanın müharibəyə sponsorluq etdiyi şirkətlər siyahısından çıxarılmasını istəyən Avstriya sözügedən sanksiyalar paketini təsdiqləməyib.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən neft və kömür, qızıl daxil olmaqla, geniş məhdudiyyətlər tətbiq edilib.

Digər tərəfdən, Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə idxal qadağası və barel üçün 60 dollarlıq tavan qiymət qərarları 5 dekabr 2022-ci il tarixindən qüvvəyə minib.

Bu çərçivədə Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən yüksək səviyyədə satılarsa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası və brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməz. Bu xidmətləri göstərmək üçün Rusiya nefti tavan qiymətindən aşağı satılmalıdır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az