“Ukraynada hədəflərimizə çatdığımız zaman sülh əldə olunacaq”.
Manset.az xəbər verir ki, bu sözləri Putin dünən Moskvada ictimaiyyətin və jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rusiya prezidenti ölkəsinin Ukrayna ilə bağlı hədəflərinin dəyişmədiyini bildirib.
Paytaxt Moskvada təxminən 4 saat davam edən proqramda Putin daxili və xarici siyasətlə bağlı 2 milyon 800 mindən çox sualın 80-ninə cavab verib.
Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə toxunan Putin deyib ki, Ukraynada hədəflərimizə çatdığımız zaman sülh əldə olunacaq. Məqsədlərimiz dəyişməz olaraq qalır.
ABŞ-la məhbus mübadiləsi ilə bağlı qarşılıqlı əlaqədə olduqlarını bildirən Putin, bu mövzuda dialoqun sadə olmadığına və hər iki tərəfə uyğun həll yolunun tapılacağına ümid etdiyini bildirib.
Putin Rusiya təbii qazının Avropaya nəqli məsələsinə də toxunaraq deyib ki, Avropanın kifayət qədər qaz ala bilməməsi avropalıların problemidir. Onların (avropalılar) buna görə bizi hesaba çəkməsi tam cəfəngiyyatdır.
Jalə
Manşet.az