Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Osloya gedəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Fidan bu gün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi istiqamətində apardığı işlər çərçivəsində Osloya səfər edəcək.
Həmçinin bildirilib ki, Fidan Təmas Qrupundakı həmkarları ilə birlikdə Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Belçika, Hollandiya və Lüksemburqun səlahiyyətliləri ilə görüşəcək.
Jalə
Manşet.az