Polis məntəqəsinə hücum oldu, 12 əməkdaş öldü

11:04 - 15 Dekabr 2023

Polis məntəqəsinə hücum oldu, 12 əməkdaş öldü

İranın Sistan-Bəlucistan əyalətinin Rask qəsəbəsində polis məntəqəsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı ölüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb.

Məlumata görə, hücumu “Çeyş-əl-Adl” qruplaşması həyata keçirib. Bildirilib ki, atışma nəticəsində silahlı qruplaşma üzvləri də itki verib.

Bəluclar İran, Əfqanıstan və Pakistanla həmsərhəd ərazilərdə yaşayır. İranın təhlükəsizlik qüvvələri ilə bəluc silahlıları arasında tez-tez qarşıdurma olur.

Etnik azlıq olan bəluclar milli hüquqlarının təmin olunmasını, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az