İlon Maskdan daha bir yenilik - FOTO

11:35 - 15 Dekabr 2023

İlon Maskdan daha bir yenilik - FOTO

İlon Mask daha bir mötəbət yeniliyin astanasındadır.

 

Manset.az Bloomberg-ə  istinadən xəbər verir ki, Kosmos sahəsindəki işləri ilə səs-küy yaradan İlon Mask son bir neçə ildə SpaceX-in Starlink bu dəfə mobil istifadəçilərə internet təklif etmək üçün fərqli bir plan hazırlamağa hazırlaşır.

Federal Rabitə Komissiyası ABŞ-da birbaşa əlaqə üçün Starlink sınaqları çərçivəsində SpaceX-ə müvəqqəti lisenziya verib. T-Mobile ilə aparılacaq araşdırmanın ilk sınaqları ABŞ-da keçiriləcək.

Rəsmi olaraq altı ay müddətinə verilən bu lisenziya ABŞ torpaqlarında 840 peyk və 2000 istifadəçi üzərində sınaqdan keçiriləcək. Bu testin məqsədi smartfonları kosmosdan birbaşa internetlə təmin etməkdir.

Bu texnologiya inkişaf edərsə, yaxın illərdə baza stansiyalarına ehtiyac aradan qalxa bilər. Eyni zamanda, telefonların qəbulu olmayan yerlərdə artıq şəbəkə problemi olmayacaq. Əlaqə kosmosdan təmin ediləcəyi üçün istənilən baza stansiyası ilə əlaqə saxlamaq zərurəti aradan qalxacaq.

Sözügedən texnologiya ilə bağlı çoxlu təfərrüatlar olmasa da, onun hər smartfon üçün dəstəklənəcəyi məlum deyil. Önümüzdəki günlərdə hər hansı bir irəliləyiş olarsa, hadisələri yenidən bildirəcəyik.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az