Avropa ölkələri artan zorakılıqla bağlı İsrailə çağırış etdi

15:08 - 15 Dekabr 2023

Avropa ölkələri artan zorakılıqla bağlı İsrailə çağırış etdi

Avropa İttifaqı və Finlandiya, Avstraliya, Belçika, Kanada, Danimarka, Fransa, İrlandiya, Lüksemburq, Niderland, Norveç, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya Xarici İşlər Nazirlikləri İsraillə bağlı birgə bəyanat yayıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu ölkələr birgə bəyanatda işğal olunmuş İordan çayının qərb sahilində məskunlaşdırılan israillilərin zorakılığının qarşısının alınması üçün İsrailə çağırış ediblər.

"İsraili işğal altındakı İordan çayının qərb sahilində məskunlaşdırılanlar tərəfindən rekord sayda törədilən zorakılıqla mübarizə aparmaq üçün təcili və konkret addımlar atmağa çağırırıq.

Bu torpaqlarda məskunlaşıdırılanlar oktyabrın əvvəlindən bəri 343-dən çox zorakı hücum həyata keçirib, 8 fələstinli həlak olub, 83 dinc sakin yaralanıb və 1026 fələstinli evlərini tərk etməyə məcbur edilib. Biz ekstremist məskunlaşanların Fələstin icmalarını terrora məruz qoyan zorakı hərəkətlərini qətiyyətlə pisləyirik. İşğal olunmuş İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin beynəlxalq hüquqa əsasən qeyri-qanuni olduğu ilə bağlı mövqeyimizi bir daha bəyan edirik və İsrailə beynəlxalq hüquq üzrə öhdəliklər, xüsusən də IV Cenevrə Konvensiyasının 49-cu maddəsini xatırladırıq. İsrail işğalçı güc olaraq İordan çayının qərb sahilindəki mülki Fələstin əhalisini qorumalıdır. Zorakılığa görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir. İsrailin fələstinliləri müdafiə etməməsi və ekstremist məskunlaşanları mühakimə etməməsi zorakılığın görünməmiş həddə çatdığı tam cəzasızlıq mühitinə gətirib çıxarıb. Bu, İordan çayının qərb sahilində və regionda təhlükəsizliyi pozur və davamlı sülh perspektivlərini təhdid edir.
Biz İsrail hökumətinin zorakılıq törədənlərə qarşı tədbir görüləcəyini bildirdiyi 9 noyabr tarixli bəyanatını alqışlasaq da, indi Fələstin icmalarının effektiv və dərhal müdafiəsini təmin etmək üçün fəal addımlar atılmalıdır. Sözlər vacibdir, lakin indi bu əmələ çevirilməlidir", birgə bəyanatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az