Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin iclası zamanı qumbaraatanları partladıb.
Manset.az "Unikal"a istinadən xəbər verir ki, insident nəticəsində 26 nəfər yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.
İlkin məlumata görə, partlayış nəticəsində deputatın özü həlak olub.
Hadisə yerində müvafiq xidmətlər, polisin əməliyyat-istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər və kriminoloqlar cəlb olunub.
İnsidentin motivləri açıqlanmır.