Türkiyədə mədən çökdü - Ölənlər var

17:38 - 15 Dekabr 2023

Türkiyədə mədən çökdü - Ölənlər var

Türkiyənin Dənizli şəhərinin Acıpayam rayonunda fəaliyyət göstərən mədənlərdən birində naməlum səbəbdən çökmə baş verib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər həyatını itirib.

Hadisə yerinə jandarma, xilasetmə və AFAD qrupları cəlb olunub. Uçqun nəticəsində 3 nəfərin yerin altında qaldığı müəyyən olunub. Bundan sonra qruplar axtarış-xilasetmə əməliyyatına başlayıb. Axtarış nəticəsində mədən mühəndisi Kadir Özer və mədən işçisi Mustafa Karahanın cəsədləri tapılıb. İşçilərdən Rıfat Salman xilas edilərək xəstəxanaya çatdırılıb.

Mövzu ilə bağlı Ədliyyə Naziri Yılmaz Tunç açıqlamasında istintaqın başlandığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az