"Ermənistanla müttəfiqlik münasibətləri sınağa çəkilir" - Lavrov

19:03 - 15 Dekabr 2023

\"Ermənistanla müttəfiqlik münasibətləri sınağa çəkilir\" - Lavrov

Moskva ilə İrəvan arasındakı müttəfiqlik əlaqələri indi Qərbin qardaş xalqlar arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirilən "Rusiya-Ermənistan" birinci ictimai forumunun iştirakçılarına ünvanlanan müraciətində deyilir.

Müraciəti Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin oxuyub.

“Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır”, - XİN başçısı bildirib.

S.Lavrov müzakirələr nəticəsində praktiki tövsiyələrin hazırlanacağına və faydalı əlaqələrin qurulacağına əminliyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az