“Seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq” - Putin

10:06 - 16 Dekabr 2023

“Seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq” - Putin

"Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı sərt şəkildə alınacaq”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.

“Rusiyanın daxili işinə istənilən müdaxilənin qarşısı ölkənin qanunlarına uyğun olaraq sərt şəkildə alınacaq. Dövlət xalqımızın azadlığını, suverenliyini və öz gələcəyini seçmək hüququnu qoruyacaq”, - deyə Putin qeyd edib.

Xatırladaq ki, Rusiyada 2024-cü ildə martın 15-dən 17-nə qədər prezident seçkiləri keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az