“Qəzzaya yardım çatdırmaq mümkün deyil” - BMT

20:25 - 16 Dekabr 2023

“Qəzzaya yardım çatdırmaq mümkün deyil” - BMT

“Qəzzaya yardım çatdırmaq mümkün deyil”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma bildirib.

Touma vurğulayıb ki, UNRWA-nın Qəzzada 1050 sığınacağı var və yeniləri açılıb, lakin onlar həddən artıq doludur.

Dünənki yağışdan sonra sığınacaqların palçıqla örtüldüyünə diqqət çəkən Touma, UNRWA-nın yalnız Rəfah sərhədi yaxınlığında fəaliyyət göstərə bildiyini qeyd edib.

“Məhdudiyyətlərə görə, ən çox ehtiyacı olanlara çata bilmirik və missiyamızı yerinə yetirə bilmirik”, - deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az