Zavodda dəhşətli partlayış - 9 nəfər öldü

20:27 - 17 Dekabr 2023

Zavodda dəhşətli partlayış - 9 nəfər öldü

Hindistanın Maharaştra ştatının Naqpur rayonunda partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb.

 

Manset.az  "Report"a istinadən xəbər verir ki, partlayış səhər saat 9-da Bazarqaon rayonunda "Solar Industries"in gücləndirici blokunda baş verib. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az