Almaniya bu ölkədə 4 min hərbçi yerləşdirəcək

23:34 - 17 Dekabr 2023

Almaniya bu ölkədə 4 min hərbçi yerləşdirəcək

Almaniya silahlı qüvvələri Litvada daimi briqada yerləşdirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Bildirilir ki, briqada 2025-ci ildə fəaliyyətə başlayacaq. Birləşmənin ilkin komandanlığı 2024-cü ilin ikinci rübündə Litvada yerləşdiriləcək.

Məlumata görə, 2024-cü ilin sonunadək birinci briqada komandirinin başçılıq etdiyi tam hüquqlu dislokasiya qrupu Litvaya gələcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2023-cü ilin iyununda Litva ərazisinə silahlı qüvvələr briqadası yerləşdirmək planlarını açıqlayıb. O, briqadaya 4 minə yaxın hərbçinin daxil olacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az