İllər əvvəl “tamamilə təbiiyəm” deyən Bekhemdən yeni açıqlama: "Kaşki sinəmi böyütməsəydim”

12:37 - 18 Dekabr 2023

İllər əvvəl “tamamilə təbiiyəm” deyən Bekhemdən yeni açıqlama: \"Kaşki sinəmi böyütməsəydim”

Spice Girls qrupunun keçmiş üzvü və dünyaca məşhur Devid Bekhemin həyat yoldaşı kimi tanınan Viktoriya Bekhem 1990-cı ildə keçirdiyi sinə böyütmə əməliyyatından danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl plastik əməliyyat etdirdiyi ilə bağlı iddiaları yalanlayan 49 yaşlı Viktoriya Bekhem Allure jurnalına müsahibəsində “Kaş ki, döşlərimi böyütməyəydim” deyib.

Bekhem müsahibəsində "Düzünü desəm, kaş döşlərimi böyütmək üçün əməliyyat olunmasaydım. 12 yaşlı qızım Harperlə bu barədə danışa bilmirəm. Bir gün bu mövzu ilə bağlı təcrübələrimi onunla bölüşə bilərəm, amma hələ o nöqtədə deyilik" ifdələrini işlədib.

Qeyd edək ki, Viktoriya Bekhem illər əvvəl "Dırnaqlarımdan başqa tamamilə təbiiyəm. Saçlarım üçün bir az yardım alıram və bir az da bronzlaşdırıcıdan istifadə edirəm. Bu qədər" demişdi.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az