İranda dəm qazından bir nəfər öldü, 30 nəfər isə zəhərləndi.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın Babol şəhərinin Bərsəmənan kəndinin Hüseyniyyə bölgəsində dəm qazı 75 yaşlı kişinin ölümünə, 30 nəfərin isə zəhərlənməsinə səbəb olub.
Məlumata görə, zəhərlənənlərdən dördü hələlik xəstəxanadadır, digərləri isə evə buraxılıblar.
Əfsanə
Manşet.az