Yol qəzasında 7 nəfər öldü

21:28 - 04 Oktyabr 2021

Yol qəzasında 7 nəfər öldü

Pakistanın Pəncab əyalətində ağır yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, avtobusun sürücüsü təkərin partlaması səbəbindən idarəetməni itirib və sərnişin avtobusu körpüdən aşıb.

Qəza nəticəsində azı 7 nəfər həyatını itirib, daha 28 nəfər xəsarət alıb. Beş nəfər hadisə yerində həlak olub, iki nəfər isə xəstəxanada ölüb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların bəziləri ağır vəziyyətdədir. Qəza ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az