Əbdülfəttah əs-Sisi yenidən Misir Prezidenti olub.
Manset.az xəbər verir ki, bu barədə Misirin Milli Seçki Komissiyası məlumat yayıb.
Misirdə Prezident seçkilərində 27 əyalətdə 11 min 631 seçki komissiyasında dekabrın 10-da səsvermə başlayıb. Seçkilərdə hazırkı Prezident Əbdülfəttah əs-Sisi ilə yanaşı, Misir Sosial Demokrat Partiyasının sədri Ferid Zəhran, Vəfd Partiyasının sədri Abdussened Yəmən və Cümhuriyyət Xalq Partiyasının sədri Hazim Ömər yarışıb.
Prezident seçkilərində seçicilərin 89,6 faizinin səsini toplayan Misir Prezidenti Əbdülfəttah əs-Sisi 39 milyon insanın səsini toplayaraq yenidən Prezident seçilib.
Bildirək ki, daha əvvəl 2014 və 2018-ci il seçkilərində 97 faiz səslə Prezident seçilən Misir lideri Əbdülfəttah əs-Sisi son seçkilərdə 89,6 faiz səslə yenidən lider seçilib.
Jalə
Manşet.az