Orban Ərdoğana at hədiyyə etdi - FOTO

19:36 - 18 Dekabr 2023

Orban Ərdoğana at hədiyyə etdi - FOTO

Budapeştdə səfərdən olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.

 

Manset.az xəbər verir ki, görüş zamanı liderlər bir-birinə hədiyyə veriblər.

Ərdoğan Orbana Türkiyənin yerli istehsalı olan “Togg” elektromobil hədiyyə edib.

Orban isə Ərdoğana Macar atı hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Ərdoğan Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısına qatılacaq.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az