Macarıstanın baş naziri Orbandan yumoristik yazı: "1 at gücü verdim, əvəzində 435 at gücü aldım"

11:28 - 19 Dekabr 2023

Macarıstanın baş naziri Orbandan yumoristik yazı: \"1 at gücü verdim, əvəzində 435 at gücü aldım\"

Macarıstanın Baş naziri Viktor Orban rəsmi təmaslar üçün paytaxt Budapeştdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bağlı X sosial media hesabında yumoristik paylaşım edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan Macarıstanın baş nazirinə Türkiyənin yerli və milli istehsalı olan qara rəngli “Togg” avtomobilini hədiyyə edib. Orban isə Ərdoğana macar atı hədiyyə edib.

Ərdoğan iki ölkə əlaqələrinin 100-cü ildönümü üçün xüsusi olaraq hazırlanmış “HU TR-100” nömrəli “Togg”dan istifadə edən Baş nazir Orbana avtomobil haqqında məlumat verib.

Baş nazir Orban da paylaşımına “Macarıstana xoş gəlmisiniz, prezident Ərdoğan” yazıb.

Orban paylaşımında, "Bu günə qədər etdiyim ən yaxşı razılaşma. 1 at gücü verdim və qarşılığında 435 at gücü aldım" deyib.

Macaristan Başbakanı Orban'dan nükteli paylaşım: 1 beygir verdim, karşılığında 435 beygir gücü aldım

Macaristan Başbakanı Orban'dan nükteli paylaşım: 1 beygir verdim, karşılığında 435 beygir gücü aldım

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az