“İsrail 80-i tibb işçisi olmaqla 240 nəfəri girov götürdü” - Qəzza Səhiyyə Nazirliyi

13:56 - 19 Dekabr 2023

“İsrail 80-i tibb işçisi olmaqla 240 nəfəri girov götürdü” - Qəzza Səhiyyə Nazirliyi

Atəşkəs və girov mübadiləsi başa çatdıqdan sonra İsrailin Fələstinli mülki şəxslərə qarşı hücumları davam edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzza Səhiyyə Nazirliyi İsrail qüvvələrinin şimaldakı Əl-Avda xəstəxanasını hərbi kazarmaya çevirdiyini və 80-i tibb işçisi olmaqla 240 nəfəri girov götürdüyünü açıqlayıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında barışıq çərçivəsində noyabrın 24-ü cümə günü saat 08:00-da qüvvəyə minən “humanitar fasilə” dekabrın 1-i səhər saatlarında başa çatıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az