“L'Oreal”ın varisi sərvəti 100 milyard dolları ötmüş ilk qadın oldu

23:55 - 30 Dekabr 2023

“L\'Oreal”ın varisi sərvəti 100 milyard dolları ötmüş ilk qadın oldu

Fransanın "L'Oreal" kosmetika şirkətinin qurucusunun nəvəsi Fransua Bettenkur-Mayers sərvəti 100 milyard dolları ötmüş ilk qadın olub.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, cümə axşamı "L'Oreal"ın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb və ilin əvvəlindən kapitallaşma 1/3 artıb.

Bununla da şirkətin təxminən 35 faizinə sahib olan Bettenkourt-Mayers hazırda dünyanın 12-ci ən varlı adamı olub.

Xanım Bettenkourt-Mayers Fransanın ən varlı adamları arasında LVMH-nin qurucusu Bernard Arnaultdan (179 milyard dollar) sonra ikinci yerdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az