Türkiyə ordusu İraqda antiterror əməliyyatı keçirdi

14:12 - 31 Dekabr 2023

Türkiyə ordusu İraqda antiterror əməliyyatı keçirdi

İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı PKK-çı Renas Derik kod adlı Cəmil Akar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və PKK/KCK-nın Xüsusi Qüvvələr adlanan strukturunda fəaliyyət göstərib.

Qeyd edək, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az