Yaponiyadakı zəlzələdə ölü sayı ÇOXALIR

09:22 - 02 Yanvar 2024

Yaponiyadakı zəlzələdə ölü sayı ÇOXALIR

Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ən ağır vəziyyət İşikava prefekturasındadır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

Ən çox qurban isə Vacima şəhərində qeydə alınıb. Orada 15 nəfər ölüb.

Dağılmış binaların qalıqları altında insanların ola biləcəyi ehtimalları var.

Xatırladaq ki. dünən Yaponiyanın qərbindəki İsikava prefekturasında dalbadal güclü zəlzələlər baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.

Məlumata görə, bir gün ərzində baş verən 30-dan çox zəlzələnin ən güclüsü 7,6 maqnitudada qeydə alınıb.

Ölkə ərazisində sunami təhlükəsi elan edilib.

Dağıntılar və itkilər dəqiqləşdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az