Rusiyadan Ukraynanın şəhərlərinə raket hücumu: Onlarla yaralı var - FOTOLAR

13:17 - 02 Yanvar 2024

Rusiyadan Ukraynanın şəhərlərinə raket hücumu: Onlarla yaralı var - FOTOLAR

Kiyev Rusiyanın kütləvi raket hücumuna məruz qalıb. Ukrayna paytaxtına “Kinjal” aeroballistik səsdən sürətli raketləri atıb. Nəticədə binalara zərər dəyib, yanğınlar baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, hücumlar nəticəsində azı 12 nəfər yaralanıb.

Sakinlər kütləvi hücumlardan qorunmaq üçün metro stansiyalarına sığınıblar.

Bundan başqa, Xarkovun mərkəzindəki yaşayış massivlərinə də bir neçə zərbə olub: yaşayış binalarına və avtomobillərə ciddi ziyan dəyib.

Son məlumatlara görə, azı 41 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az