Tokioda hava limanının uçuş-enmə zolağında partlayış olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,i, Yaponiyanın paytaxtı Tokioda Haneda Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında yanan sərnişin təyyarəsində 300-dən çox insanın olduğu bildirilir.
Təyyarə eniş zamanı sahil mühafizə təyyarəsi ilə toqquşub. Partlayış anı da qeydə alınıb.